10 qol buraxan komanda qəhrəman kimi qarşılandı

 18:50 20.06.2020     717

Rusiyanın "Rostov" klubunun azarkeşləri Premyer Liqanın 23-cü turunda səfərdə "Soçi"yə 1:10 hesablı məğlubiyyətə baxmayaraq komandaları üçün qarşılanma mərasimi təşkil ediblər.

Redaktor.az-ın məlumatına görə, yüzlərlə fanat gecə saatlarında "Olimp-2" stadionunun qarşısına toplaşaraq, gənc futbolçulara dəstək olub. Klub bununla bağlı rəsmi "Instagram" səhifəsində paylaşım edib.

Qeyd edək ki, "Rostov"un 6 futbolçusunda koronavirus aşkarlandıqdan sonra komanda və məşqçilər heyəti 2 həftəlik karantinə alınıb. Klub rəhbərliyi "Soçi"dən matçın təxirə salınmasını xahiş etsə də, qarşı tərəf buna razılıq verməyib.

"Soçi" rəhbərliyinin bu addımı ölkədə narazılıqla qarşılanıb.

Vumart və Güvən reklamı Vumart Güvən