"Keşlə"dən ayrılan futbolçuya üç ölkədən TƏKLİF

 09:30 22.06.2020     537

"Keşlə" komandası ilə yollarını ayıran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanova üç ölkədən təklif var. 

Redaktor.az xəbər verir ki, bu barədə 29 yaşlı hücumçunun özü məlumat verib. Rusiya, Türkiyə və Qazaxıstan variantlarının olduğunu bildirən R.Qurbanov əlavə edib ki, harasa getmək üçün ölkəni tərk edə bilməlidir. 

Forvard Azərbaycanda sərhədlərin avqustun 1-dək bağlı qalacağını xatırladıb: "Gözləməli və səbrli olmalıyam. Transfer məsələm üzərində agentlərim işləyir. Bütün dünyada pandemiya olduğu üçün bir az gözləməliyik. Əlbəttə, özüm ölkə xaricində çıxış etmək istəyirəm. Hər şeyin necə olacağını görəcəyik".

Qeyd edək ki, Ruslan Qurbanovun "Keşlə" ilə başa çatan müqaviləsi yenilənməyib. //Report.az