Baş məşqçi açıqlamasına görə qovuldu

 21:57 23.06.2020     680

Türkiyənin  "Ankaragücü" klubu baş məşqçisi Mustafa Reşit Akçayla yollarını ayırıb.
 
Redaktor.az xəbər verir ki, bunu Superliqa təmsilçisinin prezidenti Fatih Mert sosial şəbəkə hesabında açıqlayıb.
 
Klub rəhbəri baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini söyləyib. O, Akçayın bir müddət əvvəl verdiyi açıqlamaya görə istefaya göndərildiyini bildirib.
 
Mustafa Reşit Akçay açıqlamasında sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyini demişdi.  "Ankaragücü" növbəti həftə "Trabzonspor"un qonağı olacaq.

Qeyd edək ki, Akçay bu ilin yanvar ayından "Ankaragücü"nü çalışdırırdı. / Qol.az