"Qalatasaray"da Falkao şoku

 07:45 24.06.2020     681

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkaonun son durumu məlum olub.

Redaktor.az xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.

Onun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider "Başakşəhərlə" görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, 34 yaşlı forvard Superliqanın son turunda "Qaziantep"lə görüşdə (3:3) zədələnib.