"Barselona" 3 futbolçusunu satacaq

 01:15 24.06.2020     529

"Barselona"nın yarımmüdafiəçisi Artur Melo "Yuventus"a keçməyə razılıq verib.

Redaktor.az-ın məlumatına görə, 23 yaşlı orta sahə oyunçusunun İtaliya klubuna keçidi artıq baş tutmaq üzrədir.

Çünki klublar arasında danışıq da müsbət məcrada davam edir. Tərəflər arasında ilkin anlaşmaya əsasən, kataloniyalılar transferdən 80 milyon avro qazanacaq. Braziliya millisinin üzvünün "qoca sinyora"da illik maaşının 5 milyon avro olması gözlənilir.