Millimizin futbolçusunun anası koronavirusdan öldü

 14:24 24.06.2020     534

21 yaşadək millimizin və “Qəbələ”nin futbolçusu Amin Seydiyevin anası vəfat edib.

Redaktor.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin anası Şəhla Seydiyeva bu gün həyatını itirib.

Klubun Futbol Akademiyasının direktor müavini Nail Kərimovun saytımıza açıqlamasına görə, təxminən 10 gün olardı ki, Aminin anası Sabirabad Rayon Xəstəxanasında koronavirusdan müalicə olunurdu. Futbolçu anası ilə qalmırdı.

Qeyd edək ki, yeni mövsümdən “Sabah” klubunda çıxış edəcək futbolçunun özünün verdiyi test isə neqativ çıxıb. //Oxu.az