“Liverpul”un çempionluğu bu gecə rəsmiləşə bilər

 23:17 25.06.2020     655

Bu gecə İngiltərə Premyer Liqasının lider "Liverpul" çempionluğunu rəsmiləşdirə bilər.

Redaktor.az xəbər verir ki, 86 xalla 1-ci olan "qırmızılar"ın ən yaxın izləyicisi "Mançester Siti" bu gün səfərdə “Çelsi”nin qonağı olacaq.

Aktivində 63 xalı olan "şəhərlilər" Bakı vaxtı ilə 23:15-də start götürəcək qarşılaşmada qələbə qazanmasa, son 7 turun nəticələrindən asılı olmayaraq “Liverpul” çempionluğunu rəsmiləşdirəcək.

Qeyd edək ki, buna qədər 18 dəfə ölkə çempionu olan “Liverpul” son dəfə 1989/90 mövsümündə qızıl medallara sahib çıxıb.