Millimiz FİFA reytinqində mövqeyini qoruyub

 12:47 26.06.2020     634

FİFA qadınlardan ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan yığması 1321 xalla planetin 76-cı komandasıdır.

Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda sonuncu dəfə üç ay öncə - martda açıqlanan siyahıdakı mövqeyini qoruyub. Millimiz həmin vaxt eyni xalla eyni mövqedə qərarlaşmışdı.

Qeyd edək ki, reytinqdə ilk üç pilləni ABŞ (2181), Almaniya (2090) və Fransa (2036) milliləri tutub.

Vumart və Güvən reklamı Vumart Güvən