Çempionlar Liqasında son püşkatmanın tarixi bəlli oldu

 14:16 26.06.2020     538

UEFA Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələləri üçün püşatma mərasiminin vaxtı bəlli olub. 

Redaktor.az xəbər verir ki, hər iki püşk iyulun 10-da olacaq və Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. 

1/4 finalın püşkündən dərhal sonra yarımfinalın püşkü atılacaq. 

Qeyd edək ki, Çempionlar Liqası 1/4 finaldan etibarən Portuqaliyanın paytaxtı Lissabonda olacaq. 1/8 finalın qalan oyunları 7-8 avqustda reallaşacaq. //Report.az