"Sabah" millimizin futbolçusu ilə 3 illik müqavilə imzaladı

 12:10 28.06.2020     732

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Redaktor.az-ın məlumatına görə, gənc qapıçı Nicat Mehbalıyev bundan sonra Bakı klubunun uğurları üçün çalışacaq.

Azərbaycan U-21 millisinin üzvü olan qolkiperlə 3 illik müqavilə bağlanıb. 19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.