Mario Qomes karyerasını bitirib

 22:16 28.06.2020     440

“Bavariya”da 113, “Ştutqart”da 110 qol – Qomes karyerasını bitirdi

Almaniya millisinin sabiq futbolçusu Mario Qomes karyerasını başa vurub.

Redaktor.az-ın məlumatına görə, həm ilk, həm də son klubu “Ştutqart” olan hücumçu 2-ci Bundesliqada XXXIV turun oyunundan sonra futbolla vidalaşıb.

Əsasən “Bavariya”dakı çıxışı ilə məşhurlaşan 35 yaşlı futbolçu Münhen klubunda 113, “Ştutqart”da 110 qol vurub. O, üç dəfə Bundesliqanın, 2012/13 mövsümündə Çempionlar Liqasının qalibi adını qazanıb. Mario karyerası ərzində “Fiorentina”, “Volfsburq” və “Beşiktaş”da da çıxış edib.

Qomes 78 matçda 31 qol vurduğu Almaniya millisi ilə DÇ-2010-un bürünc mükafatçısı olub. O, Avropa çempionatlarında bir gümüş və iki bürünc medal da əldə edib.