"Sabah" müdafiəçisi ilə vidalaşdı - RƏSMİ

 15:39 29.06.2020     607

“Sabah” klubu futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb. 

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışıb. O, bu müddətdə komandada 42 oyun keçirib, 1 qol vurub.