Setyen istefaya göndərilə bilər

 07:49 30.06.2020     541

"Barselona" bu mövsüm başa çatdıqdan sonra baş məşqçisi Enrike Setyenlə yolları ayıra bilər.

Redaktor.az xəbər verir ki, Kataloniya klubu rəhbərliyi 61 yaşlı mütəxəssisin işindən narazıdır və bu səbəbdən onu istefaya göndərməyə hazırlaşır.

Bildirilib ki, Setyenlə əməkdaşlıq nəticələrin kəskin yaxşılaşması halında davam etdiriləcək. Komanda La Liqanın və ÇL-in qalibi olacağı təqdirdə o, istefaya göndərilməyəcək.

Qeyd edək ki, "Barselona" hazırda La Liqada ikinci pillədə qərarlaşıb. / Qol.az