Sabiq "Fənərbaxça"lı koronavirusa yoluxub

 10:11 30.06.2020     587

"Monterrey" klubunun hücumçusu Vinsent Yanssen koronavirusa yoluxub.

Redaktor.az xəbər verir ki, bu barədə instaqram səhifəsi vasitəsilə 26 yaşlı Forvard özü məlumat yayıb.

Niderland millisinin üzvü koronavirus testinin müsbət nəticələndiyini və evdə müalicə olunduğunu söyləyib. Yanssen özünü yaxşı hiss etdiyini vurğulayıb: "Ən qısa müddətdə komanda yoldaşlarıma qoşulmaq istəyirəm".Qeyd edək ki, 2016-2019-cu illərdə "Tottenhem"in şərəfini qoruyan Vinsent Yanssen 2017/18 mövsümünü icarə əsasında "Fənərbaxça"da keçirib. //APA