"Benfika" baş məşqçisi ilə yolları ayırdı

 22:36 30.06.2020     355

Portuqaliyanın "Benfika" klubu baş məşqçisi Brunu Laqe ilə yolları ayırıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub.

Laqe ötən mövsüm Lissabon təmsilçisinə ölkə çempionluğu və Superkuboku qazandırıb.

Qeyd edək ki, "Benfika" Portuqaliya çempionatında 2-ci yerdə gedir və lider "Portu"dan 6 xal geri qalır.