Qalmaqallı hücumçu Azərbaycanla vidalaşdı - RƏSMİ

 10:08 01.07.2020     692

Son olaraq "Neftçi" komandasında çıxış etmiş Baqali Dabo Azərbaycanla vidalaşıb. 

Redaktor.az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçu "Instagram" hesabından məlumat yayıb. 

B. Dabo vida mesajında Azərbaycana təşəkkür edib. O, burada 4 il ərzində keçirdiyi hər anı heç vaxt unutmayacağını sözlərinə əlavə edib. B. Dabo Azərbaycan üçün hər şeyin ən yaxşısını diləyib. 

Qeyd edək ki, Baqali Dabo 2016 - 2018-ci illərdə "Qəbələ"də çıxış edib. Fransalı forvard 2018-ci ildən "Neftçi"nin formasını geyinib. 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan futbolçu qalmaqalları ilə də gündəmə gəlib.

"Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb. "Ağ-qaralar"la müqaviləsi iyunun 30-da bitən B. Dabonun Kiprin "Apollon" klubuna keçəcəyi gözlənilir. //Report.az