Donald Gerye "Qarabağ"a qayıdıb

 20:22 01.07.2020     1944

Son olaraq "Neftçi"də çıxış edən Donald Gerye "Qarabağ"a qayıdıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə 31 yaşlı cinah oyunçusu şəxsi "Instagram" hesabından məlumat verib.

Haitili oyunçu Ağdam təmsilçisinə geri döndüyünü və anlaşmanın tamamlandığını yazıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.