"Qarabağ" yeni transferini açıqladı

 12:22 02.07.2020     551

"Qarabağ" klubu yeni transferini açıqlayıb. 

Redaktor.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi sabiq futbolçusu Donald Geryenin komandaya qayıtdığını bəyan edib. Klub 31 yaşlı haitili cinah oyunçusu ilə imzalanan müqavilənin detallarını açıqlamayıb. 

Qeyd edək ki, Donald Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib. Ötən yay "Neftçi"yə keçən futbolçu bir müddət öncə "ağ-qaralar"ın sıralarını tərk edib.