Avropa Liqasında yeni mövsümün təqvimi

 19:05 02.07.2020     628

Avropa Liqasında 2020/21 mövsümünün tam təqvimi açıqlanıb.

Redaktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, yeni mövsüm avqustun 20-dəbaşlayacaq. Turnirin final görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki "PGE Arena"da keçiriləcək.

“Neftçi”, “Keşlə” və “Sumqayıt” klubları mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaqlar.

Təsnifat mərhələsi

İlkin mərhələ – 20 avqust
Birinci təsnifat mərhələsi – 27 avqust
İkinci təsnifat mərhələsi – 17 sentyabr
Üçüncü təsnifat mərhələsi – 24 sentyabr
Pley-off mərhələsi – 1 oktyabr

Qrup mərhələsi

1-ci tur – 22 oktyabr
2-ci tur – 29 oktyabr
3-cü tur – 5 noyabr
4-cü tur – 26 noyabr
5-ci tur – 3 dekabr
6-cı tur – 10 dekabr

Pley-off mərhələsi

1/16 final mərhələsi – 18-25 fevral (2021)
1/8 final mərhələsi – 11-18 mart
1/4 final mərhələsi – 8-15 aprel
Yarımfinal mərhələsi – 29 aprel – 6 may
Final - 26 may.