"Real"ın futbolçusu "İnter"də - Rəsmi

 01:14 03.07.2020     593

"Real"ın futbolçusu Əşrəf Hakimi "İnter"ə keçir.

Redaktor.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Tərəflərin transfer məsələsində razılığa gəldiyi bildirilib. "Real" 2006-cı ildə akademiyasına qoşulan futbolçusuna fədakarlığına və nümunəvi davranışına görə təşəkkür edib.

İspaniya mətbuatı 21 yaşlı müdafiəçinin "İnter"ə 40 milyon avroya başa gəldiyini yazıb.

Qeyd edək ki, bu mövsüm Dortmund "Borussiya"sında icarədə olan mərakeşli futbolçu 32 oyuna 5 qol vurub, 10 qol ötürməsi edib.