“Sabah” baş məşqçisi ilə yollarını ayırdı

 11:05 03.07.2020     677

“Sabah” baş məşqçi Jelko Sopiçlə yollarını ayırıb. 

Redaktor.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviç də yola salınıb. //APA