"İnter"dən Sançes üçün 20 milyon avro

 07:45 04.07.2020     687

"İnter" "Mançester Yunayted"dən icarəyə götürdüyü Aleksis Sançesi birdəfəlik almaq istəyir.

Redaktor.az xəbər verir ki, A seriyası təmsilçisi 31 yaşlı oyunçu üçün 20 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, A.Sançes bu mövsüm A seriyasında 13 matçda 2 qol vurub, 5 qolun ötürməsini verib.