Bottas "Formula-1"in qalibi oldu - Start mərhələsi

 01:15 06.07.2020     819

"Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas "Formula-1" üzrə Avstriya Qran Prisinin qalibi olub.

Redaktor.az-ın məlumatına görə, mövsümün start mərhələsində ikinci yeri "Ferrari"nin monakolu pilotu Şarl Lekler, üçüncü yeri isə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris tutublar.

"Formula-1" üzrə altıqat dünya çempionu Lyuis Hemilton ("Mercedes" komandası) yarışı ikinci yerdə başa vurub, lakin 5 saniyəlik cəriməyə görə onun adı dördüncü yerə yazılıb.

Avstriya Qran Prisinin finiş xəttini 20 pilotdan yalnız 11-i keçib. Digərləri müxtəlif səbəblərdən finişə çata bilməyiblər. //Trend.az

Vumart və Güvən reklamı Vumart Güvən