"Liverpul" "Bavariya"nın məşhur futbolçusunu transfer etdi - RƏSMİ

 20:40 07.07.2020     608

“Liverpul” klubu Münhen "Bavariya"sının yarımmüdafiəçisi Tiaqo Alkantaranı heyətinə qatıb.

Redaktor.az xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra avqustun 1-də Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacaq. Razılaşmanın detalları barədə məlumat verilməyib. Qeyd edək ki, Alkantara cari mövsüm Bundesliqada 24 oyun keçirib və 3 qol vurub.// Offsideplus.az