Futbolda 5 əvəzetmə qaydasının müddəti uzadılır

 12:15 08.07.2020     567

Koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra klublara hər oyunda 5 əvəzetmə hüququnun verilməsi qaydasının müddəti uzadılacaq.

Redaktor.az-ın məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bu yeniliyin növbəti mövsümün bütün matçlarında tətbiqinə icazə verəcək.

Öncədən bunun yalnız 2020-ci ilə aid olması barədə qərar qəbul olunmuşdu. Komandalar 2019/20 mövsümünün bərpadan sonrakı hissəsində və 2020/21 mövsümünün ilk yarısında 5 əvəzetmə hüququna malik idi.

İFAB-ın icazəsindən sonra hər liqa özü qərar verməkdə müstəqil olacaq. Qurum icazə ilə bağlı qərarını yaxın müddətdə açıqlamalıdır.

Bir müddət öncə bu qaydanın 2021-ci ilin yayında keçiriləcək AVRO-2020-də də tətbiq olunacağı iddia olunub. 

Qeyd edək ki, 5 əvəzetmə üç dəfəyə həyata keçirilməlidir. //APA