AGF ilə səhər gimnastikası - VİDEO

 08:19 09.07.2020     609

Azərbaycan Gimnastika Federasiyası (AGF) hər gün səhər saat 11.00-da "Facebook", "Youtube" və "İnstagram" kanallarında peşəkar məşqçilərlə səhər gimnastikası təqdim edəcək.

Redakor.az xəbər verir ki, bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilir ki, karantin dövründə sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhətini gümrah saxlamaq üçün gündəlik idman tövsiyə olunub.

Azərbaycan Gimnastika Federasiyası bunu nəzərə alaraq yeni təşəbbüs başladıb.