Liverpul" məşhur futbolçusu ilə yolları ayırdı

 23:50 08.07.2020     617

"Liverpul"un futbolçusu Adam Lallana yayda komandadan ayrılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə son İPL çempionunun baş məşqçisi Yurgen Klopp yerli mətbuata açıqlamasında məlumat verib.

Təcrübəli mütəxəssis 32 yaşlı yarımmüdafiəçiyə təriflər yağdırıb və ona gələcək karyerasında uğurlar arzu edib.

Lallana 2014-cü ildən “Liverpul”da çıxış edir. Onun mövsümün sonunda bitəcək müqaviləsi yenilənməyəcək.//Offsideplus.az