İldırım vuran futbolçu komadan ayıldı

 23:30 09.07.2020     698

Bir müddət öncə məşq zamanı ildırım vuran Rusiyanın "Znamya Truda" klubunun futbolçusu İvan Zaborovski süni komadan çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə RİA-ya açıqlamasında komandanın kapitanı Vitali Çilyuşkin deyib.

O bildirib ki, 16 yaşlı qolkiperin vəziyyəti yaxşıdır. Çilyuşkinin sözlərinə görə, gənc oyunçu 2 həftədən sonra məşqlərə başlayacaq. //Teleqraf