"Real Sosyedad" öz meydanında uduzdu
İspaniya La Liqasında 15-ci turun oyunları davam edir.
Redaktor.az xəbər verir ki, Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan iki komanda - "Real Sosyedad" və "Qranada" üz-üzə gəlib.
San Sebastianda baş tutan matçda qonaq komanda minimalhesablı qələbə qazanıb. Bu görüşdə əldə edilən qalibiyyət sayəsində 9-cu pilləyə yüksələn "Qranada" 7-ci yerdəki rəqibi ilə xal fərqini 1-ə endirib.
Qeyd edək ki, La Liqada 16-cı turun oyunları 11-13 iyulda keçiriləcək.//apasport












