Ermənistan klubunda koronavirusa kütləvi yoluxma
Ermənistanın "Lori" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, komandanın 17 üzvündə infeksiya aşkarlanıb.
Yoluxanlar arasında futbolçu və məşqçilərlə yanaşı, texniki heyətin əməkdaşları da var. Onların adları açıqlanmayıb.
Bütün komandanın təcrid olunduğu bildirilib. //Report.az












