Millimizin italiyan məşqçilərinin sayı üçə çatdı

 14:55 11.07.2020     818

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha iki köməkçisi məlum olub.

Redaktor.az xəbər verir ki, bunlar Benni Karbone və Klaudio Beluççidir.

Karbone son olaraq 2017/2018 mövsümündə İtaliyanın “Krotone” klubunda köməkçi məşqçi işləyib. Kladuio Beluççinin son klubu isə “Albissolo” (2018/2019) olub.

Qeyd edək ki, italiyalı baş məşqçinin daha bir köməkçisi azərbaycanlı Arif Əsədov olacaq. Bu barədə AFFA İcraiyyə Komitəsi dünən qərar verib.

“Qarabağ”ın sabiq futbolçusu, hazırda ABŞ-ın “Nyu York Kosmos” klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilsə də, bu reallaşmayacaq.

Xatırladaq ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq. // Oxu.az

 

Vumart və Güvən reklamı Vumart Güvən