Rafael Ağayev: Xeyli çəki almışam

 11:05 12.07.2020     859

"Evdə, qarajda məşq edə bilərəm. Amma zədələrimi bərpa etmək üçün məşqləri tam azaltmışam".

Redaktor.az xəbər verir ki, bu fikirləri canlı yayımda Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib.

35 yaşlı titullu idmançı bildirib ki, məşq etmədiyi üçün kökəlib: "Ən pis xəbər odur ki, xeyli çəki almışam. 75 kq idim, 85 kq olmuşam. Bu, bir tərəfdən pisdir, digər tərəfdən isə yaxşı. Əzələ kütləsi yığmışam. Çəki salmaq çətin olsa da, bunun öhdəsindən gələcəyəm". //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən