Səudiyyə Ərəbistanı futbolunda kütləvi yoluxma

 21:17 12.07.2020     747

Səudiyyə Ərəbistanında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu, aparılmış test nəticəsində müəyyənləşib. Superliqada 50 futbolçu, 47 məşqçi və 16 rəsmi şəxsdə cavablar müsbət çıxıb. I Liqada isə 25 futbolçu yoluxub.

Başa çatdırılmağa 8 turu qalan Səudiyyə Ərəbistanı çempionatı avqustun 4-də bərpa olunacaq və sentyabrın 9-da yekunlaşacaq.

Ölkədə futbol yarışları martın 14-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Səudiyyə Ərəbistanında idman məşqləri iyunun 21-dən bərpa olunub. // Qol.az

 

Vumart və Güvən reklamı Vumart Güvən