Millimizin baş məşqçisinə İtaliya klubundan TƏKLİF

 01:14 15.07.2020     611

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.

Redaktor.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssisin özü yerli radiolardan birinə müsahibəsində deyib.

De Byazi bildirib ki, 2 variant arasında götür-qoy etdikdən sonra yığmada çalışmağa üstünlük verib: "Azərbaycan millisindən gələn çağırışa müsbət cavab verdim. Çünki ortaya fərqli, yaxşı iş qoymaq istəyirəm".

Bakı haqqında da danışan 64 yaşlı mütəxəssis buranın gözəl şəhər olduğunu söyləyib: "Azərbaycan, Bakı məni yaxşı mənada təəccübləndirdi. Açığı, bu qədərini gözləmirdim".

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən