"Real" çempionluq turu keçirməyəcək

 03:25 15.07.2020     424

"Real" çempionluq turu təşkil etməyəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "kral klubu" rəsmi saytı vasitəsilə məlumat yayıb.

Madridlilər qeyd ediblər ki, əgər La Liqada çempion olsalar, koronavirus pandemiyası səbəbindən şəhər meydanında doğru hərəkət etməyəcək.

Bununla bağlı azarkeşlərə xəbərdarlıq edilib:

"Finişə iki tur qalıb. Həm biz, həm də "Barselona" çempionluq şansını qoruyur. Əgər "Real" çempion olsa, oyunçularımız ənənəvi yerlərə, xüsusən də, Sibeles meydanına getməyəcəklər. Titul qazanacağımız təqdirdə, azarkeşlərimizdən də bir yerə toplaşmamalarını xahiş edirik".

Qeyd edək ki, "Real" sona 2 tur qalmış ən yaxın izləyicisi "Barselona"nı 4 xal qabaqlayır. //APA