"Neftçi"dən ayrılan futbolçudan Azərbaycana dəstək
2019-2020 mövsümünün sonunda "Neftçi"dən ayrılan futbolçu Soni Mustivar son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrə biganə qalmayıb.
Redaktor.az xəbər verir ki, haitili yarımmüdafiəçi şəxsi "İnstagram" hesabı vasitəsilə ölkəmizə dəstəyini nümayiş etdirib:
"Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir".
Qeyd edək ki, Soni Mustivar "Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb. //Report.az












