Rusiya çempionatının oyunu təxirə salındı

 23:25 16.07.2020     658

Rusiyanın "Soçi" komandasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında klubun baş direktoru Dmitri Rubaşko deyib.

Onun sözlərinə görə, virusa yoluxanlar arasında futbolçularla yanaşı, klubun əməkdaşları da var. 

Daha əvvəl Premyer Liqanın (RPL) rəsmi saytı "Soçi"də 9 nəfərin analiz nəticələrinin müsbət çıxdığını açıqlayıb. Bu səbəbdən çempionatın XXIX turunda bu gün "Tambov"la keçirilməli olan görüş təxirə salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən