"Zirə" yeni transferləri açıqladı - 4 müavilə

 18:30 18.07.2020     740

“Zirə” yeni transferlərini açıqlayıb. 

Redaktor.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub 4 futbolçu ilə müqavilə imzalayıb. 

"Qəbələ"dən ayrılan Klesio Bauk, "Sabah"la vidalaşan Rəşad Eyyubov və Kərim Diniyevlə bir illik sözləşmə bağlanılıb.

"Sumqayıt"la yollarını ayıran Sərtan Taşqın isə iki illik müqaviləyə qol çəkib. 

Qeyd edək ki, Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi təyin olunub. Qəsəbə təmsilçisi 38 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən