Kevin Medinanın transferi açıqlandı

 15:00 19.07.2020     777

"Qarabağ" ilk transferini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə Kevin Medinanın keçidini bəyan edib.

Dünən Azərbaycana gələn kolumbiyalı mərkəz müdafiəçisi artıq Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib. Portuqaliyanın "Çaves" klubundan alınan 27 yaşlı oyunçunun müqavilə detalları hələlik açıqlanmayıb. Ancaq onun 3 illik sazişə qol çəkdiyi bildirilir.

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində hələlik Medina ilə yanaşı, Emil Balayevi transfer edib, Nicat Süleymanov, Ruslan Hacıyev və Elvin Cəfərquliyev isə icarədən qayıdıb. 

Vumart və Güvən reklamı Vumart Güvən