Futbol tarixinin ən yaxşı oyunçusu - Maradona

 19:55 19.07.2020     708

TheTopTens portalı futbol tarixinin ən yaxşı oyunçuları siyahısını dərc edib.

Redaktor.az xəbər verir ki, birinci yeri italyan "Napoli" əv Kataloniyanın "Barselona" klublarının oyunçusu Dieqo Maradona tutub. İkinci yerdə Lionel Messi, üçüncü yerdə isə üçqat dünya çempionu Pele qərarlaşıblar.

Maraqlıdır ki, Turinin "Yuventus" komandasının futbolçusu Kriştianu Ronaldu dördüncü yerlə kifayətlənməli olub.

Futbol tarixinin top-10 oyunçuları:

1. Dieqo Maradona

2. Lionel Messi

3. Pele

4. Kriştianu Ronaldu

5. Zineddin Zidan

6. Yohan Croyf

7. Ronaldo

8. Ronaldinyo

9. Frans Bekenbauer

10. Devid Bekhem

Xatırladaq ki, daha əvvəl Lionel Messi vurduğu qolların oyunlara nisbətinə baxımından 21-ci əsrin ən yaxşı oyunçusu seçilib.

Vumart və Güvən reklamı Vumart Güvən