Azərbaycan – Fransa oyununun vaxtı dəqiqləşib

 10:45 21.07.2020     600

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin növbəti oyununun məkanı və başlama saatı müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransanı sentyabrın 7-də qəbul edəcək.

Qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yer aldığı 2-ci qrupda keçirdiyi 6 oyunda 6 xal toplayan U-21 millimiz 5-ci pillədə qərarlaşır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən