TRANSFER: 19 yaşlı braziliyalı “Neftçi”də - VİDEO

 08:15 23.07.2020     759

"Neftçi” ardıcıl üçüncü legioner futbolçunu transfer edib.

Redaktor.az xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzala 2+1 il müddətinə müqavilə bağlanıb. 19 yaşlı futbolçu komandamızın heyətində 4 nömrəli formanı geyinəcək.

"Brasilis”in yetirməsi olan Rener Alves De Souza Braziliyanın "Fortaleza” klubunda çıxış edib. O, "Fortaleza”nın əsas komandası ilə yanaşı, U-19 və U-20 komandalarında da oynayıb, U-20 ilə "Copa do Nordeste”nin qalibi olub.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı və Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini transfer etmişdi.

Vumart və Güvən reklamı Vumart Güvən