"Yuventus" "Udineze"yə uduzub

 04:14 24.07.2020     647

İtaliya A seriyasında XXXV turun daha bir oyunu keçirilib.

Redaktor.az xəbər verir ki, lider "Yuventus" təhlükəli zonadan uzaqlaşmağa çalışan "Udineze"nin qonağı olub.

"Qoca sinyora" qalib gəlsəydi, sona 3 tur qalmış çempionluğunu təmin edəcəkdi. Lakin "Udineze" hesabda geri düşməsinə baxmayaraq, gözlənilmədən ikinci hissədə vurduğu iki qolla geridönüş edib və əzmkar qələbə qazanıb.

Qeyd edək ki, A seriyasında XXXVI turun oyunları 24-26 iyulda keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən