Qətərli iş adamı "Parma"nı alır

 23:25 24.07.2020     607

"Parma" klubu sahibini dəyişəcək.

Redaktor.az xəbər verir ki, qətərli iş adamı Hişam Saleh əl-Mana klubun prezidenti olacaq.

O, Qətərin ən varlı ailələrindən olan əl-Mana ailəsinin üzvüdür. Yeni sahib bunun üçün 5 il ərzində 63 milyon avro ödəyəcək və səhmlərin 51 faizinə sahib olacaq. Növbəti 5 ildə isə digər 49 faiz səhmləri alacaq. "Parma"nın hazırkı rəhbərliyi də işini davam etdirəcək. Yeni təyinatlar olacaq, ancaq struktur dəyişikliyi edilməyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən