PSJ 13-cü dəfə Fransa Kubokunun sahibi oldu

 04:35 25.07.2020     645

Futbol üzrə Fransa Kubokunun final matçında "Pari Sen-Jermen" (PSJ) "Sent-Etyen"ə qalib gəlib.

Redaktor.az xəbər verir ki, "Stad-de Frans" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, PSJ 13-cü dəfə Fransa Kubokunun sahibi olub.