Pavel Paşayev zədəsini sağaldıb

 13:27 25.07.2020     806

Futbol üzrə Azərbaycan milli komandasının üzvü Pavel Paşayev zədəsini sağaldıb.

Redaktor.az-ın məlumatına görə, Ukraynanın “Aleksandriya” klubunda çıxış edən və son görüşlərdə iştirak etməyən müdafiəçi sıralara qayıdıb.

Qeyd edək ki, “Aleksandriya” UEFA Avropa Liqasına vəsiqə uğrunda pley-off mərhələsində “Mariupol”la qarşılaşacaq. //Trend.az