İtkin düşmüş olimpiya çempionunun meyiti tapıldı

Dünən axşam Moskva vilayətində 1964-cü ilin Olimpiya Oyunlarında sərbəst güləş üzrə çempion adını qazanmış Aleksandr İvanitskinin itkin düşməsi haqqında məlumatlar yayılıb.
Redaktor.az xəbər verir ki, könüllülər bu gün səhər 83 yaşlı kişinin meyitini tapıblar.
Bildirilİr ki, A.İvanitski iyulun 22-də meşəyə göbələk toplamağa gedib və geri qayıtmayıb. //Oxu.az