Əmrə Bəlözoğlu karyerasını bitirib

 11:15 26.07.2020     702

Türkiyə millisinin sabiq futbolçusu Əmrə Bəlözoğlu karyerasını başa vurub.

Redaktor.az xəbər verir ki,Türkiyə Super Liqasının XXXIV turu “Fənərbaxça”da çıxış edən 40 yaşlı hücumçu üçün son matçla əlamətdar olub.

Komandasının “Rizəspor”la ev matçına çıxan veteran futbolçu 3:1 hesablı qələbəyə vurduğu qolla töhfə verib. Penaltini dəqiq yerinə yetirən Əmrə bu qarşılaşma ilə futbolçu karyerasını bitirib.

O, 64-cü dəqiqədə əvəzlənərək yaşıl meydanlara vida edib. Yarımmüdafiəçi yerini 16 yaşlı Ömər Faruk Bəyaza verib.

Qeyd edək ki, Əmrə karyerası ərzində “Qalatasaray” (1996-2001), İtaliya “İnter”i (2001-05), İngiltərə “Nyukasl”ı (2005-08), “Fənərbaxça” (2008-12, 2013-15, 2019-20), İspaniya “Atletiko”su (2012-13), “Başakşəhər” (2015-19) klublarında oynayıb. O, 1994-cü ildən Türkiyənin müxtəlif yığmalarında, 2000-ci ildən əsas millisində çıxış edib. “Ay-ulduzlular”ın heyətində 101 matça 9 qol vuran yarımmüdafiəçi DÇ-2002 və AVRO-2008-in bürünc mükafatçısı olub. Əmrə klub karyerasında iki dəfə UEFA Superkuboku, bir dəfə UEFA kubokuna yiyələnib. Oynadığı komandalarla Türkiyədə 6 çempionluq, 5 kubok və 3 Superkuboka, İtaliyada ölkə kubokuna sahib çıxıb.