Edinson Kavani karyerası ilə bağlı QƏRAR VERDİ

Uruqvaylı hücumçu Edinson Kavani gələcək karyerası ilə bağlı qərarını verib.
Redaktor.az xəbər verir ki, cənubi amerikalı Portuqaliyada oynamağa üstünlük verib.
“Benfika”dan aldığı təklif forvardı daha çox razı salıb. Bu həftə keçid rəsmən açıqlanacaq.
Kavanini heyətinə qatmaq istəyi reallaşmayan İngiltərə “Lids”i isə digər variantları nəzərdən keçirməli olacaq.
Qeyd edək ki, Edinson mövsümün sonunda Fransa PSJ-sindən azad agent statusu ilə ayrılacaq. //ApaSport