"Çelsi" onun üçün danışıqlara başladı

"Çelsi" "Bayer"in futbolçusu Kay Havertzi transfer etməkdə israrlıdır.
Redaktor.az xəbər verir ki, London klubu bu transfer üçün Leverkuzen təmsilçisi ilə rəsmi danışıqlara başlayıb.
"Bayer"in 21 yaşlı yarımmüdafiəçini ən azı 90 milyon avroya satmaq istədiyi bildirilir.
Qeyd edək ki, Havertzin "Çelsi"yə keçməyə razı olduğu vurğulanır. // Qol.az